Rusiyada bir gündə 15 zəlzələ baş verdi
- 1-05-2023, 20:03
- Dünya
Kamçatkanın şərqindəki Şiveluç vulkanı yaxınlığında gün ərzində 15 yeraltı təkan qeydə alınıb.
Bunu Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti filialının saytında yer alan aprelin 30-na dair məlumatlar sübut edir.
Bildirilir ki, zəlzələlər Ust-Kamçatsk kəndindən 80-90 kilometr aralıda baş verib. Maksimal maqnituda 4,2 olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsindən verilən məlumata görə, yarımadanın sakinləri əməliyyat xidmətləri ilə əlaqə saxlamayıblar. Bu isə o deməkdir ki, hərhansı dağıntı və ya tələfat yaşanmayıb.
Mənbə: lenta.ru