Rumıniyada daha güclü zəlzələ baş verdi
- 14-02-2023, 17:22
- Hadisə
Çərşənbə axşamı Rumıniyada 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 102 min nəfərin yaşadığı Drobeta-Turnu Severin şəhərindən 56 km şimal-şərqdə yerləşib. Mənbə 40 km dərinlikdə olub.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, ölkədə bazar ertəsi də 5,2 bal gücündə yeraltı təkanlar baş vermişdi.