Главная > Dünya > Rusiyada bir gündə 15 zəlzələ baş verdi
Rusiyada bir gündə 15 zəlzələ baş verdi1-05-2023, 20:03. Разместил: azadses |
Kamçatkanın şərqindəki Şiveluç vulkanı yaxınlığında gün ərzində 15 yeraltı təkan qeydə alınıb. Bunu Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti filialının saytında yer alan aprelin 30-na dair məlumatlar sübut edir. Bildirilir ki, zəlzələlər Ust-Kamçatsk kəndindən 80-90 kilometr aralıda baş verib. Maksimal maqnituda 4,2 olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsindən verilən məlumata görə, yarımadanın sakinləri əməliyyat xidmətləri ilə əlaqə saxlamayıblar. Bu isə o deməkdir ki, hərhansı dağıntı və ya tələfat yaşanmayıb. Mənbə: lenta.ru Вернуться назад |