Nazir müavini FHN-in Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantı keçirib
- 14-02-2023, 15:09
- Dünya
Türkiyənin Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə növbəti toplantı keçirilib.
Bu barədə FHN-dən məlumat verilib.
Toplantıda hazırkı əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.