azadses.az » Cəmiyyət » FHN-in mobil səhra hospitalı Kahramanmaraşda fəaliyyətə başlayıb

FHN-in mobil səhra hospitalı Kahramanmaraşda fəaliyyətə başlayıb

FHN-in mobil səhra hospitalı Kahramanmaraşda fəaliyyətə başlayıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyətə başlayıb.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.

O bildirib ki, Azərbaycan xilasediciləri hazırda qardaş ölkənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər:

“Fövqəladə Hallar Nazirliyi tərəfindən 725 nəfər şəxsi heyət əraziyə cəlb edilib. Onlardan 41-i tibbi personaldır. Artıq bir neçə gündür Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları həyata keçirirlər. İndiyədək 8-i uşaq olmaqla 37 nəfər sağ, 147 nəfər meyit dağıntılar altından çıxarılıb. Azərbaycandan çoxlu sayda humanitar yardım, çadır, dərman preparatları qardaş ölkə Türkiyəyə gətirilib. Mobil səhra hospitalı Kahramanmaraşda qurulub və fəaliyyətə başlayıb”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 12 873 nəfər ölüb, 62 937 nəfər yaralanıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı