Главная > Dünya > Nazir müavini FHN-in Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantı keçirib
Nazir müavini FHN-in Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantı keçirib14-02-2023, 15:09. Разместил: admin |
Türkiyənin Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə növbəti toplantı keçirilib. Bu barədə FHN-dən məlumat verilib. Toplantıda hazırkı əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib. Вернуться назад |