Nazir müavinindən Yeni illə bağlı - XƏBƏRDARLIQ
- 14-12-2019, 15:06
- Manset
Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Yeni il bayramı ilə bağlı tapşırıq verib.Azadsəs-in məlumatına görə, E.Mirzəyev Fövqəladə Hallar Nazirliyində keçirilən əməliyyat müşavirəsində bildirib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi və yanğından mühafizə işinin səmərəliliyinin daha da artırılması vacibdir.