FHN-in xilasediciləri Türkiyədə 51 nəfəri dağıntılar altından sağ çıxarıblar - FOTO/VİDEO
![FHN-in xilasediciləri Türkiyədə 51 nəfəri dağıntılar altından sağ çıxarıblar - FOTO/VİDEO](/uploads/posts/2023-02/fotojet-2023-02-13t095015_597.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
![](/uploads/posts/2023-02/13d0938_5a.jpg)
![](/uploads/posts/2023-02/13d0938_3a.jpg)
![](/uploads/posts/2023-02/13d0938_2a.jpg)