Finlandiyada nüvə fəlakətinə hazırlıqlar başladı: Anbarlar yaradılır
- 20-01-2023, 12:25
- Dünya
Finlandiyada fövqəladə hallar zamanı istifadə olunacaq fərdi qoruyucu vasitələrin, ölçmə cihazlarının, dərmanların və antidotların ehtiyat anbarları yaradılacaq.
Bu barədə ölkənin daxili işlər naziri Krista Mikkonen məlumat verib.
Ölkədə kimyəvi, bioloji və nüvə fəlakəti zamanı istifadə oluna bilən avadanlıq və dərmanların saxlanacağı anbarlar yaradılacaq. Mütəxəssislər hesab edirlər ki, fin anbarları sayəsində Şimali Avropa və Baltikyanı ölkələrdə strateji hazırlıq səviyyəsini artırmaq mümkün olacaq.
242 milyon avro dəyərində qiymətləndirilən layihə Avropa Komissiyası tərəfindən maliyyələşdiriləcək.