Çernobıl AES-in enerji təchizatı bərpa edildi
Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisinin verilişi bərpa edilib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə energetika naziri German Qaluşenko bildirib.
“Bu gün NPC “Ukrenergo” mütəxəssislərinin, nüvə alimlərimizin və elektrikçilərimizin inanılmaz səyləri sayəsində rus işğalçıları tərəfindən ələ keçirilən Çernobıl AES-in enerjisini qaytarmaq mümkün olub”, - nazir qeyd edib.
Qaluşenkonun sözlərinə görə, indi işlənmiş nüvə qurğularının soyutma sistemləri ehtiyat enerjidən yenidən normal rejimdə işləyəcək.
Qeyd edək ki, Çernobıl AES-in elektrik enerjisi martın 9-da kəsilib. Həmin gün Ukrayna tərəfi elektrik təchizatının bərpası üçün 48 saat vaxt olduğunu açıqlayıb.