Ukrayna Aİ-dən 500 milyon avro məbləğində ilk makromaliyyə tranşını əldə etdi
![](/uploads/posts/2022-08/medium/1659380290_fotojet-2022-08-01t172824_800.jpg)
Bu barədə Ukrayna Baş naziri Denis Şmıxal öz “Telegram” kanalında məlumat verib.
“Avropa İttifaqı Ukraynaya 1 milyard avro müstəsna makromaliyyə yardımı göndərib. 500 milyon avroluq birinci tranş artıq Milli Bankın hesabına köçürülüb. İkinci tranşın sabah gəlməsini gözləyirik”, - deyə Şmıxal qeyd edib.
O xatırladıb ki, 1 milyard avro Ukraynaya müharibənin maliyyə nəticələrinin aradan qaldırılması məqsədilə verilən ümumilikdə 9 milyard avroluq böyük dəstək paketinin bir hissəsidir.
Baş nazir vurğulayıb ki, vəsait prioritet büdcə ehtiyaclarının maliyyələşdirilməsinə kömək edəcək.