Cənubi Koreyada narahatlıq: Co Baydenin səfəri öncəsi şimal qonşuları nüvə silahı ilə “oynayırlar”
Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti hesab edir ki, KXDR hakimiyyəti növbəti nüvə sınağına hazırlığı başa çatdırıb. Bu barədə cümə axşamı Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinə Milli Assambleyanın (parlament) Kəşfiyyat Komitəsinin üzvləri məlumat veriblər.
“Şimali Koreyada koronavirusla bağlı mövcud vəziyyətə baxmayaraq, raket buraxılışına hazırlığın əlamətləri var. Nüvə sınaqlarına hazırlıq tam başa çatıb, [onlar] sadəcə vaxtı seçirlər”, - deyə deputatlar qapalı brifinqdən sonra kəşfiyyat xidmətinin qiymətləndirmələri barədə bildiriblər.
“Əlamətlər müəyyən olunduğundan və hazırlıqlar son mərhələdə olduğundan, raketin buraxılması müəyyən müddətdən sonra baş verə bilər. Hətta demək olar ki, nüvə sınaqları və ya raket buraxılışları baş tutsa, bu da təəccüb doğurmayacaq”, - deyə deputat Kim Byon Gi qeyd edib.
Onun sözlərinə görə, böyük ehtimalla, qitələrarası ballistik raket sınaqdan keçiriləcək.
ABŞ Prezidenti Co Bayden mayın 20-də Cənubi Koreyaya səfər edəcək. Ekspertlər ehtiyat edirlər ki, bu səfər zamanı KXDR növbəti dəfə silah sınağı həyata keçirə bilər. Belə ki, ABŞ rəsmiləri daha əvvəlki bəyanatlarında Pxenyanın may ayında nüvə sınaqları keçirə biləcəyini qeyd etmişdilər.