azadses.az » Siyasət » Medvedev: “Rusiyanı qorumaq üçün nüvə silahından istifadə edilə bilər”

Medvedev: “Rusiyanı qorumaq üçün nüvə silahından istifadə edilə bilər”

“Rusiya öz müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından istifadə edə bilər”.

Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev dövlət başçısı Vladimir Putinin bir gün əvvəl vətəndaşlara xüsusi müraciətində elan etdiyi əsas qərarları özünün “Telegram” kanalında şərh edərkən yazıb.

O, birləşmiş bütün ərazilərin mühafizəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcəyini vurğulayıb.

“Rusiya bu cür müdafiə üçün təkcə səfərbərlik imkanlarından deyil, həm də özünün istənilən silahından, o cümlədən strateji nüvə silahlarından və yeni prinsiplərə əsaslanan silahlardan istifadə oluna biləcəyini açıqlayıb”, - deyə Medvedev əlavə edib.

O, NATO generallarının hədələrini də cavablandırıb.

“Hipersəs raketlərinin Avropa və ABŞ-dakı hədəflərə daha sürətli çatmasına zəmanət verilir”, - deyə o bildirib.

Medvedev yekunda qeyd edib ki, Qərb isteblişmenti, ümumiyyətlə, NATO ölkələrinin bütün vətəndaşları Rusiyanın öz yolunu seçdiyini və artıq geriyə yol olmadığını başa düşməlidirlər.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də ərazi bütövlüyü təhlükə altına düşəcəyi təqdirdə Moskvanın bütün mümkün vasitələrdən istifadə edəcəyini deyərək, bunun blef olmadığını vurğulayıb və ölkəni nüvə silahı ilə şantaj etməyə çalışanlara “küləyin istiqamətinin onlara tərəf dəyişə biləcəyi” ilə bağlı xəbərdarlıq edib. Bunun ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu bütün növ silahların, o cümlədən nüvə triadasının onlara verilən tapşırıqları yerinə yetirdiyini bildirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  2. Bakıda yol qəzası olub, xəsarət alan var
  3. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  4. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  5. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  6. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  7. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  8. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  9. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  10. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”