azadses.az » Dünya » İranın Azərbaycana qarşı oxunda “ərəb açılımı” amili: Bakı Ağ Evin dəstəyinə ehtiyatla yanaşır - TƏHLİL

İranın Azərbaycana qarşı oxunda “ərəb açılımı” amili: Bakı Ağ Evin dəstəyinə ehtiyatla yanaşır - TƏHLİL

İran regional hegemonluq ambisiyalarının mərkəzinə Azərbaycanı da daxil etmək üçün məşqlər edir, lakin Bakının müttəfiqlərinin və strateji tərəfdaşlarının çoxluğu, üstəgəl adekvat cavab addımları Tehranın praktiki addım səslərini batırır.

Molla rejimi Azərbaycanı aşkar hədələyən böyük bir yükün altına girib və nəticə qazanmaq üçün kəşfiyyat-təxribat fəaliyyətindən tutmuş ideoloji cəbhələrini gücləndirməyə çalışır.

İran daxildəki problemlərin üzərinə pərdə çəkmək üçün qonşularını düşmənləşdirir, bunun arxasında dayanan məqamlardan biri də İsrailin “ərəb açılımı”na getməsi və bu işdə Türkiyə ilə birgə qarşılıqlı şəkildə müştərək maraqların dalınca düşməsidir.

Bu temp İranın ideoloji istehkamlarını və Tehranın illərdir çirkli pullar hesabına formalaşdırdığı regional şəbəkələri dağıdır.

İsrailin müsəlman coğrafiyasında Azərbaycanla strateji tərəfdaşlığını, Türkiyə ilə keçmişi unudaraq gələcəyə baxmasını onun Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə əlaqələrini gücləndirməsi siyasəti müşayiət edir.

Bu, İranın ümid bəslədiyi “şiə hilalı”nın xəyali və praktiki sərhədlərinin iflic duruma düşməsidir, onun müsəlman dünyasında yaratmaq istədiyi ideoloji monopoliyanın boğulmasıdır.

Ancaq İran İsraillə sərhəddə pərçimlənmiş mövqelərini daimi etmək üçün Qəzza zolağı və İordan çayının qərb sahilində, Suriyada, Livanda və İraqda terrorçu qruplaşmalarını stimullaşdırmaqda davam edəcək. İran bu yöndə pul və digər resurslar xərcləməkdə xəsislik edən deyil və bunu İrana əks cəbhədə olan bütün tərəflər mütləq nəzərə almalıdırlar, o da diqqətdə saxlanılmalıdır ki, Tehran terror fəaliyyətini Azərbaycana qarşı da aşkar müstəviyə keçirir.

İran paranoya tutmaları içərisində qıvrıldığından kəşfiyyat fəaliyyətinin sərhədlərini genişləndirir, Tehran dünya ölkələrində ona müxalif olan qüvvələri, israilli diplomat və iş adamlarını aradan götürmək siyasəti üzrə yeni əməliyyat planları hazırlayıb.

İranı strateji cəzalandırma üsulları üçün güclü əks-kəşfiyyat tədbirləri həyata keçirilir, ABŞ-nin də Bakıya dəstəyi onun Tehran əleyhinə növbəti planlarının tərkib hissəsidir.

ABŞ-nin qlobal siyasətdə oynadığı rolu, onun qüdrətini nəzərə alsaq, Azərbaycana İran mövzusunda dəstəyi Bakı tərəfindən alqışlanır.

Ən azından, Vaşinqton İranın Azərbaycana qarşı hərbi müdaxilə ssenarilərini önləyir, verilən diplomatik-siyasi dəstək Ağ Evin Azərbaycana ən təhlükəli anlarda hərbi yardım etməsi kimi qiymətləndirilə bilər.

Amma diqqət edilməlidir ki, ABŞ-nin Yaxın Şərq regionunda buraxdığı təhlükəli irslərin Cənubi Qafqaz regionunda da törəmələri yarana bilər, hərçənd ki, Vaşinqton Yaxın Şərqdə uduzmayıb və strateji məqsədlərinin bir hissəsinə çatıb.

Ağ Evin başqa məqsədi də Türkiyəni oyuna salmaq ola bilər, bu baxımdan Bakı ilə Ankara strateji müttəfiqlik öhdəliklərindən və zərurətlərindən irəli gələrək Vaşinqtonun gözləntiləri əsasında plan qurmayacaqlar.

Ümumiyyətlə isə İranın bölgədə təhrik etdiyi gərginliyin nisbi sakitliklə müvəqqəti tənzimlənmə üsulları yoxa çıxacaq.

İranın perspektivdə təcavüzkar siyasətini keyfiyyət etibarı ilə dəyişməsi çətin görünür.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 46 yaşlı qadın yol qəzasında xəsarət alıb
  2. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  3. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  4. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  5. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  6. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  7. Binədə yolu keçən qadını avtomobil vurub
  8. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  9. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  10. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?