azadses.az » Siyasət » Tehranın Bakıya qarşı siyasi tərbiyəsizliyi: Azərbaycan isə sərhədlərini möhkəmləndirəcək - TƏHLİL

Tehranın Bakıya qarşı siyasi tərbiyəsizliyi: Azərbaycan isə sərhədlərini möhkəmləndirəcək - TƏHLİL

Bu dəfə Azərbaycan-İran gərginliyini regional və beynəlxalq rəqabət kontekstindən çıxarıb iki ölkə arasındakı münasibətlərin xarakteri ilə izah etməyə çalışacağıq. Burada ortaq dəyərlərin paylaşılması və gərginliyə rəvac verən səbəblər haqqında ümumi təsəvvürlər yaradacağıq.

İranla Azərbaycanı ortaq mədəni dəyərlər birləşdirir, hərçənd ki, zamanla İran da bu dəyərləri müştərəklik müstəvisindən çıxarıb özününküləşdirməyə cəhdlər göstərib.

İkinci məsələ, Azərbaycanla İranın münasibətlərində iqtisadi əlaqələrin inkişafı prioritetlər sırasında olub, ancaq siyasi rəqabət iqtisadi münasibətlərin həcmini genişlətməyib, iki ölkə arasındakı ticarət dövriyyəsinin məbləği belə deməyə əsas verir.

Qısası, ortaq maraqların və dəyərlərin özü belə ağrısız keçmir.

İndi isə Tehranın rəqabətdən düşmənçilik mövqeyinə keçid etməsinin kökləri barədə bir neçə cümlə qeyd edək.

İran SSRİ dağıldıqdan sonra Azərbaycanda yaranan ideoloji-dini boşluqlarda qeybə çəkilən milli dini liderlərin yerini doldurmaq üçün kəşfiyyat-siyasi fəaliyyətlərinin istiqamətlərini müəyyənləşdirdi.

Hədəf, vakuumu aradan qaldırmaq deyildi, əsas və ən başlıca məqsəd İranın ölkədə təsirlərinin və nüfuzunun artırılmasına xidmət edən təlimatların təcrübi fəaliyyətinə köklənmişdi.

Bəli, teokratik rejim Azərbaycanda Tehranın propaqandasını aparmaq üçün ayətullah dəbində və düşüncəsində olan peşəkar təbliğatçılar yetişdirə bildi. Ancaq Azərbaycan dövləti tədrici də olsa, siyasi məqsədli xarici dini-ideoloji şəbəkəni birbaşa və dolayı yollarla zərərsizləşdirməyi bacardı.

İkinci məsələ, İrandan zaman-zaman müxtəlif səviyyələrdə Azərbaycanın əleyhinə təhdid ritorikası dilə gətirilib, paralelində molla rejimi işğalı və separatizmi dəstəkləyən siyasət yürüdüb.

Azərbaycan isə İranın casus şəbəkəsini ifşa etməyin paralelində güclənir, iqtisadi güc toplayır və xarici əlaqələrini miqyasını yüksək səviyyəli qlobal platformaya salır. İran isə bundan qıcıqlanır. Azərbaycana qarşı təbliğat üçün Azərbaycanın özündəki təsir vasitələrinin məhdudluğu Tehranı yeni məzəmmətlər üçün ideya axtarışına çıxarır.

Bu yazdıqlarımız İranın 44 günlük Vətən müharibəsinə qədər olan mövqeyinin qısa təqdimatıdır.

Bütün bunlar isə sən demə İranın Azərbaycana münasibətdə xarici siyasət konsepsiyasının müqəddiməsi imiş.

Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində qələbəsi İranın da geopolitik itkiləri deməkdir, elə Tehrandan təhdid dolu bəyanatlar da bu itkiləri sözlə də olsa, bərpa etməyə hesablanıb.

Azərbaycan ərazilərini işğal etdikdən sonra İranla 130 kilometrlik sərhəd zolağı bərpa olunub, ancaq Tehran heç cür bunu qəbul etmək istəmir.

Onun istəyindən və illüziyalar dolu əsassız ittihamlarından asılı olmayaraq, təbii ki, Azərbaycan İranla yeni sərhəd zolağında mökəmlənmə işləri aparacaq.

İran narahatlığının kökünü izah edərkən İsrail amilinə diqqət çəkir, amma gün kimi aydındır ki, İsrail olmasa idi belə, radikal siyasi-hərbi rəhbərlik başqa bəhanələr tapacaqdı.

İran rəsmilərinin ritorikasında, İran mətbuatında və sosial şəbəkələrində Azərbaycana həsr olunan mövzuların ana xətti də sərhəd dəyişikliyinin qəbuledilməzliyinə vurğu etməkdən ibarətdir.

Postmüharibə dövrü İranın gizli və qeyri-qanuni ticari maraqlarına zərbə vurduqdan sonra Tehran Azərbaycanla sərhəddə yeni zolağın yaranmaması üçün çalışır.

Fikir verək: Təkrarlanan tezis nədən ibarətdir? - “Sərhəd dəyişikliyi qəbuledilməzdir”.

Sanki Azərbaycan öz sərhədlərini möhkəmlətmək və yeni nəzarət xətti yaratmasına görə İrandan icazə almalıdır.

Halbuki bu, Azərbaycanın sorğulanmayan suveren hüququdur, İranın isə bunu sorğulamağa çalışması siyasi tərbiyəsizlikdir.

İranlı generallardan təhdidlər səngiməsə də, Azərbaycan hərbi komandanlığı böyük səbir nümayiş etdirir.

SEPAH generalları və İranın başqa qoşun növlərinin komandanlığı isə təhdidini səsləndirdikcə, Azərbaycan sərhəddə də, xarici əlaqələrindən də öz işini görür.

Bu təhdidlərin xarakterinin praktiki səviyyəyə keçməsi ehtimalı az olsa belə, baş verəcəyi təqdirdə Azərbaycan müdafiə hüququndan istifadə edib ən müasir silahlarını işə sala bilər.

Düzü, heç birimiz İranla münasibətlərin müharibə həddinə çatmasını istəmirik, regiona təhlükəsizlik üçün müharibə yox, sülh lazımdır. İran isə bu sülhə təhdid yaradacaq siyasətindən əl çəkmir.

Aqşin Kərimov
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  2. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  3. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  4. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  5. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  6. Binədə yolu keçən qadını avtomobil vurub
  7. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  8. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  9. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  10. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?