İranın sabiq səfirindən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- 4-12-2021, 13:17
- Siyasət
“İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək”.
“Azadsəs.az”ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.
M.Pakayinin sözlərinə görə, Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsi hesab olunur və onun bərpası İran-Ermənistan sərhədinə hər hansı zərbə olmayacaq: “Çünki region ölkələrinin ərazi bütövlüyü çərçivəsində bu dəhliz bərpa olunacaq. İranın müxtəlif rəsmilərinin mövqeləri də onu göstərir ki, Tehran SSRİ dövründən qalan ənənəvi yolların bərpa olunmasına qarşı deyil, hətta buna müsbət yanaşır”.
Sabiq səfir deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər yaxşılaşarsa, ənənəvi yollardan dinc şəkildə istifadə olunarsa, bölgədə təhlükəsizlik artmış olacaq: “Və biz İranın Azərbaycanla, Ermənistanla birgə sərhədlərində təhükəsizliyin bərpa olunduğunun şahidi olacağıq”.