ABŞ-la İranın erməni məhəbbəti - VİDEO
İranın Ermənistanı hər vəchlə dəstəkləməsinə baxmayaraq, Paşinyan hakimiyyəti Nensi Pelosinin İrəvana səfəri ilə Vaşinqtonu onun düşməni Tehranın dizinin dibinə gətirdi.
Pelosinin İrəvan İncəsənət Mərkəzində Avarayr döyüşünü əks etdirən rəsmin qarşısında dayanıb ermənilərin farslara qarşı müharibəsindən danışması da bu səfərin məqsədinin həm İranın tam blokadaya alınmasını, həm də ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasını nümayiş etdirdi.
Siyasi şərhçi Cümşüd Nuriyev qeyd edib ki, ABŞ və İranın Ermənistanı dəstəkləməsi bu dövlətlərin imicinə ciddi ziyan vurur.
Maraqlıdır ki, hər zaman sərhədlərində amerikalı görmək istəmədiyini bar-bar bağıran İran nədənsə bu amilə sükutla yanaşır. Halbuki, Qərb əlinə düşən bu fürsətdən maksimum yararlanmağa çalışacaq. Deməli, Ermənistanın Rusiyadan sonra İrana da xəyanət etməsi Tehranın gözünü açmalıdır. Çünki əksi bu ölkəyə heç bir fayda verməyəcək.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: