Türk blogger İrəvana getdi, ermənilərdən Xocalını soruşdu VİDEO
- 13-02-2020, 13:11
- Manset
Bir gündə videonu 1,3 milyondan çox insan izləyib
Türkiyənin tanaınmış bloggerlərindən biri Ermənistana səfər edib. Ruhi Çenet Ermənistanın paytaxtı İrəvana Honkonqdan birbaşa reyslə gedib. Bir həftə Ermənistanda qalan blogger Ermənistan vətəndaşlarından Türkiyəyə münasibəti, Xocalı soyqırımı ilə bağlı sorğu keçirib.
Onun sözlərinə görə, ermənilər Türkiyədə soydaşlarının rahat yaşaya bilmədiklərini, bir türkün isə Ermənistanda rahat gəzə bildiyini deyiblər. R.Çenet deyilənlərlə razılaşmayıb. O, ölkəsində onminlərlər erməninin yaşadığını bildirib. Həmçinin özünün də Ermənistanda olduğu 1 həftə ərzində demək olar ki, hər gün polislər tərəfindən saxlandığını, sorğu-suala məruz qaldığını vurğulayıb.
Həmçinin videoda ermənilərin keçirdikləri ağır həyat tərzi, ölkədədki iqtisadi çətinliklərdən də bəhs edilib.
Azadsəs bir gün ərzində 1 334 091 dəfə izlənən videonu oxucularına təqdim edir: