azadses.az » Dünya » “Ukraynalı uşaqlara kömək etdiyinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm” - Nikolay Vorobyov

“Ukraynalı uşaqlara kömək etdiyinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm” - Nikolay Vorobyov

“Ukraynada humanitar problem, həqiqətən, kəskindir. Dərs ili yaxınlaşır, lakin valideynlərin təxminən yalnız 30%-i övladları üçün əyani təhsilə hazırdır”.

Bu barədə ukraynalı jurnalist, Vaşinqtondakı Cons Hopkins Universitetinin (SAIS) tədqiqatçısı Nikolay Vorobyov bildirib.

Jurnalist qeyd edib ki, hazırda müharibənin qaynar mərhələsi davam edir.

Humanitar sahə ilə bağlı problemlər, sayı 10 milyon nəfəri ötən ukraynalı qaçqın və məcburi köçkünlərlə bağlı suala cavabında Vorobyov dəstəyi üçün Azərbaycana təşəkkür edib. Eyni zamanda, qaçqın probleminin Ukraynaya böyük demoqrafik ziyan vuracağını qeyd edib.

“Ukraynalılara, ukraynalı uşaqlara kömək etdiyinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm.

Humanitar problem isə həqiqətən, kəskindir. Dərs ili yaxınlaşır, lakin valideynlərin təxminən yalnız 30%-i övladlarını əyani təhsilə hazırlaya bilib, əksəriyyəti distant təhsili seçir. Və bunu başa düşmək olar. Bomba sığınacaqları, evakuasiya planları ilə bağlı problemlər mövcuddur.

Başqa bir məsələ qaçqın kimi başqa ölkədə olan uşaqlardır. Mən bilirəm ki, bir çox ölkələrdə ukraynalı uşaqlar üçün xüsusi siniflər açılır. Əgər onlar başqa ölkənin reallıqlarına inteqrasiya edilə bilsələr, o zaman, çox güman ki, orada da qalacaqlar. Bu isə Ukraynaya böyük demoqrafik ziyan vuracaq. Görünür, Rusiya da elə buna ümid edir. Həmçinin unutmaq olmaz ki, milyon yarıma yaxın insan işğal olunmuş ərazilərdən Rusiya Federasiyasına deportasiya edilib. Rusiya tərəfi onların könüllü olaraq təxliyə edildiklərini iddia edir. Lakin biz başa düşürük ki, çoxlu sayda ailə onların iradəsi əleyhinə köçürülüb. Beləliklə, Ukrayna üçün demoqrafik problem hərbi təhdidlərə bərabər tutula bilər”, - deyə o vurğulayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı