“Türkiyə 772 ukraynalı uşağı qəbul edib”
![](/uploads/posts/2022-04/medium/1650356516_emine.jpg)
“Azadsəs.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan ukraynalı uşaqlar üçün təşkil olunan iftar süfrəsində deyib.
“Yelena Zelenskayadan (Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı - red.) məktub aldıqdan sonra, valideynlərini itirən ukraynalı uşaqların Türkiyədə yerləşdirilməsi təşəbbüsünə başladım. Hazırda Türkiyədə 772 belə ukraynalı uşağı qəbul etmişik”, - deyə Ə. Ərdoğan söyləyib.