“Ukraynalılar təbliğatın qurbanı oldular” - Peskov
- 28-02-2022, 15:32
- Siyasət
“Rusların böyük əksəriyyətinin Ukraynada yaşayan qohumları var, lakin onlar real vəziyyəti bilmirlər və ya ukraynalı təbliğatçıların qurbanına çevrilirlər”.
“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Təkcə prezident administrasiyasında deyil, bütün Rusiyada əhalinin böyük əksəriyyətinin Ukraynada yaşayan dostları, qohumları, tanışları və s. var. Təbii ki, indi qohumlarının başına gələnlərə görə hər kəsin ürəyi ağrıyır. Amma həm də öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, hətta indi binaların zirzəmilərinə sığınanlar və s. çox vaxt həqiqətən də eyni hərbi millətçi birləşmələrin girovuna çevrilirlər, onlardan həqiqətən qalxan kimi istifadə edirlər. Onlar prosesin həqiqi vəziyyətini bilmirlər, ukraynalı təbliğatçıların qurbanına çevrilirlər. Həqiqətən də belədir”, - deyə Peskov əlavə edib.