“Ukraynadan Aİ-yə 5 milyon qaçqın gələcəyindən qorxuruq” - Borrel
- 7-03-2022, 21:42
- Siyasət
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Ukraynadakı vəziyyətə görə 5 milyona qədər qaçqın olacağını proqnozlaşdırıb.
“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Aİ ölkələrinin inkişaf nazirlərinin Fransada keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.
“Bu, böyük humanitar problem yaradıb. Hazırda Ukraynadan Aİ-yə gedən qaçqınların sayı artıq 1,5 milyonu ötüb. Bu rəqəmlər sürətlə artır və biz onların sayının təxminən 5 milyon nəfərə çata biləcəyindən qorxuruq”, - Borrel qeyd edib.