“Azovstal”dan çıxarılan ukraynalı hərbçilər rusiyalılarla dəyişdiriləcək
Ukraynanın Mariupol şəhərində “Azovstal” zavodunda humanitar əməliyyat davam edir.
“Azadsəs.az” “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş nazirinin müavini İrina Vereşuk açıqlayıb.
Onun sözlərinə görə, dünən zavoddan 52 ukraynalı hərbçi təxliyə olunub: “Onların vəziyyəti sabitləşdikdən sonra biz onları rusiyalı hərbçilər ilə mübadilə edəcəyik. Humanitar əməliyyatın növbəti mərhələləri üzərində işləyirik”.
Xatırladaq ki, mayın 16-sı “Azovstal” zavodu ətrafında sükut rejimi elan edilib. Yaralı ukraynalı hərbçilər tibbi yardım üçün “Azovstal”dan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib. Daha 211 nəfər humanitar dəhlizlə Yelenovkaya aparılıb.
Qeyd edək ki, “Azovstal”dan hərbçilərin çatdırıldığı Yelenovka və Novoazovsk qəsəbələri Donetsk vilayətinin ərazisində yerləşir.