Virusoloq COVID-19-a yoluxma hallarının cari artımının pik vaxtı barədə proqnoz verdi
COVID-19-a yoluxma hallarının pik həddi təxminən bir ay sonra olacaq.
Bu barədə Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin baş elmi işçisi, Rusiyanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Anatoli Altşteyn proqnoz verib.
Onun sözlərinə görə, “Omikron”un alt növü BA.5 ştammı artıq bütün dünyada yoluxma hallarının artmasına səbəb olub.
“Düşünürəm ki, haradasa bir aydan sonra, yəqin ki, pik olacaq, sonra isə azalacaq”, - deyə Altşteyn bildirib.
Bundan əvvəl Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova da “Omikron”un yeni alt variantlarına görə koronavirusa yoluxma hallarının artacağı barədə xəbərdarlıq edib. Bununla belə, o, xəstəxanaya yerləşdirmə hallarının artmasının gözlənmədiyini vurğulayıb.
“Bu gün dövriyyədə olan “Omikron” ştammının alt tiplərinin yoluxuculuğu yüksək olsa da, xəstəliyin ağır gedişatına səbəb olmur”, - deyə Popova izah edib.