ÜST-dən koronavirusla bağlı ümidverici PROQNOZ
- 2-02-2021, 09:04
- Cəmiyyət
“Ardıcıl olaraq üçüncü həftədir ki, bütün dünyada “COVID-19”a yeni yoluxma hallarının sayı azalır. İndiyədək halların artdığı çox ölkə var, lakin qlobal səviyyədə bu ümidverici xəbərdir. Bu, o deməkdir ki, hətta yeni variantların yaranması ilə belə virusa nəzarət etmək olar”.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreisus deyib.
Təşkilat rəhbərinin sözlərinə görə, bu, pandemiyaya görə bütün dünyada həyata keçirilən tədbirlərin səmərəliliyini nümayiş etdirib.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 102 milyonu ötüb, 2,2 milyondan çox insan bu virusun qurbanı olub. Dünyada yoluxma sayına görə liderliyi ABŞ edir. Bu ölkədə 25 milyondan çox insan koronavirusa yoluxub. İkinci yerdə Hindistan (10,7 milyondan çox), üçüncü yerdə Braziliya (9 milyondan çox), dördüncü yerdə Rusiya (3,8 milyondan çox), beşinci yerdə isə Böyük Britaniya (3,7 milyondan çox) yer alıb.