Meymunçiçəyi xəstəliyinin kosmetik fəsadları açıqlandı
Meymunçiçəyi xəstəliyinə tutulmuş şəxsin dərisində izlər qala bilər.
Bu barədə Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Mərkəzinin professoru, virusoloq Anatoli Altşteyn xəbərdarlıq edib.
Onun sözlərinə görə, bununla belə, meymunçiçəyinin insanı eybəcərləşdirə biləcəyini demək olmaz.
“Xəstəlik fərdi hallarda kiçik çapıqlar verə bilər, amma bu, mütləq deyil. Bunun ehtimalı o qədər də böyük deyil. Nəticələri çiçək xəstəliyindəki qədər güclü deyil. Bir qayda olaraq, orqanizmdə başqa heç bir dəyişiklik baş vermir - insan tam sağalır”, - deyə Altşteyn izah edib.
Qeyd edək ki, meymunçiçəyi insanlar arasında da ötürülən nadir virus infeksiyasıdır. Adətən yüngül keçirilir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar da baş verə bilər. Meymunçiçəyinin ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və tükənmə daxildir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan səpkilər olur. Səpkilər dəyişir və müxtəlif mərhələlərdən sonra nəhayət qaysağa çevrilir və qopub düşür.
Ekspertlər meymunçiçəyinə tutulmamaq üçün başqaları ilə təmasdan çəkinməyi və partnyordan infeksiyalar üçün yoxlanışdan keçməyi istəməyi tövsiyə edirlər.