Britaniya qondarma “DXR” VƏ “LNR” rəhbərlərinə sanksiyalar tətbiq etdi
Britaniya Ukraynanın işğalına cavab olaraq Rusiyaya qarşı sanksiyalarını genişləndirib. Belə ki, siyahıya daha 41 nəfəri və bir şirkəti əlavə edib.
Bu barədə Britaniya hökuməti məlumat verib.
Rusiya regionlarının, xüsusən Lipetsk, Vladimir, Samara, Volqoqrad, Bryansk, Saratov, Leninqrad, Tambov vilayətlərinin, Yamalo-Nenets Muxtar Dairəsinin, Komi, Yakutiya, Çuvaşiya və digər bölgələrin başçılarına sanksiyalar tətbiq edilib.
Siyahıya həmçinin Rusiya Federasiyasının ədliyyə naziri Konstantin Çuyçenko, iş adamı Alişer Usmanovun qardaşı oğulları Sancar və Sərvər İsmayılov, özünü “DXR” elan edən hökumətin qondarma rəhbəri Vitali Xosenko və özünü "LPR" adlandıran qondarma hökumət başçısının birinci müavini Vladislav Kuznetsov, Sevastopolun "qubernatoru" Mixail Razvojayev daxil edilib.
Xatırladaq ki, iyulun əvvəlində Fransanın maliyyə prokurorluğu Vladimir Putinə yaxın rus oliqarxlarının Fransa ərazisində yerləşən sərvətlərinin mənşəyi ilə bağlı ilkin araşdırmaya başlayıb.