Avropa İttifaqı Britaniyaya qarşı sanksiyalar tətbiq edə bilər
- 28-04-2021, 18:00
- Dünya
Bunu Fransa XİN yanında dövlət katibi Kleman Bon bəyan edib.
“Rəsmi Londonun Şimali İrlandiya və balıqçılıq sahəsindəki hüquqlarla bağlı öhdəliklərini yerinə yetirmədiyi halda məhdudiyyətlər tətbiq oluna bilər”, - deyə o, “BFM Business” telekanalının efirində bildirib.
K.Bon əlavə edib ki, sanksiyalar digər sahələri də əhatə edə bilər.
Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəllərində Aİ və Britaniya arasında ticarət sazişi imzalanıb. Razılaşmaya əsasən, Şimali İrlandiya və Birləşmiş Krallığın digər əraziləri arasında məhsulların 98%-nin gömrükdən rüsumsuz keçirilməsi nəzərdə tutulub.