“Putinin və Lavrovun xaricdə hesabları yoxdur” - Rusiya XİN
- 26-02-2022, 10:23
- Dünya
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Londonun sanksiya tətbiq etdiyi Rusiya xarici işlər naziri Sergey Lavrovun xaricdə hesabları yoxdur.
“Azadsəs.az” xəbər verir ki, Zaxarova Teleqram kanalında yazıb:
“Nə Putinin, nə də Lavrovun Britaniyada və ya xaricdə hesabları var”.
Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi Londonun Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb ki, bu da aktivlərin dondurulmasını nəzərdə tutur. Lakin sanksiyalar sənədində onların hansı aktivlərdən danışdıqları və onların mövcud olub-olmaması barədə məlumat verilmir.