KTMT qüvvələri “DXR” və “LXR”ə göndərilə bilər?
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin qondarma Donetsk və Luqansk Xalq Respublikalarına göndərilməsi mümkün deyil”.
“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi açıqlayıb.
“Bu, mümkün deyil. Çünki KTMT-nin nizamnaməsi təşkilatın hərbçilərinin və sülhməramlarının tətbiq olunduğu sahələri məhdudlaşdırır. Belə ki, onlardan yalnız KTMT məkanında istifadə oluna bilər”, - deyə nazir söyləyib.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqindəki “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın tanınmasına dair fərman imzalayıb.