Koronavirusun şiddətinə təsir edən FAKTOR
- 17-01-2021, 14:50
- Cəmiyyət
Honkonq Universitetinin alimləri bağırsaq bakteriyalarının növünün və sayının koronavirusun şiddətinə təsir etdiyini irəli sürüb. Alimlər hesab edir ki, bakteriyaların disbalansı xəstəliyin uzun müddət davam etməsinə səbəb ola bilər.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri İngilis Tibb Birliyinin “Gut” jurnalında dərc edilib. 2020-ci ilin fevral-may aylarında mütəxəssislər 100 koronavirus xəstəsinin qan və nəcis testi nəticələrini həm xəstəxanada olduqları müddətdə, həm də sağaldıqdan sonra 30 gün ərzində analiz edib. Elm adamları araşdırmaya eyni zamanda pandemiyadan əvvəl mikrobiom tədqiqatında iştirak edən 78 nəfərin məlumatlarını əlavə edib.
Koronavirus xəstələrində immun cavab bakteriyası xeyli az olub və müalicə olunduqdan sonra aşağı düşüb. Mütəxəssislər hesab edir ki, sağaldıqdan bir neçə ay sonra da davam edən yorğunluq, təngənəfəslik və oynaq ağrıları bağırsaq mikrobiomundakı disbalans nəticəsində baş verir. Alimlər həzm sistemindəki faydalı bakteriyaların bəzi simptomları və onun şiddətini yüngülləşdirə biləcəyini söyləyib.