Alimlərdən həyəcan təbili: Qlobal içməli su ehtiyatı tükənir
![](/uploads/posts/2021-06/medium/1622873416_presnaya-voda-544x408.jpg)
“Newswise”ın xəbərinə görə, bu barədə “Nature” jurnalında dərc olunmuş məqalədə bildirilib.
Araşdırma yaxın gələcəkdə dünya miqyasında içməli su çatışmazlığı təhlükəsinin ciddi olmasını təsdiq edib.
Alimlər 400-ə yaxın şirinisulu göldə tədqiqatlar aparıblar. Onlar 1941-ci ildən bəri toplanan məlumatlar bazasını araşdırıblar.