Yeni koronavirus yayılır: İnsanları təhdid edib-etmədiyi məlum deyil
İsveçin Uppsala Universitetinin virusoloqları qırmızı siçanlar (Myodes glareolus) arasında yeni bir koronavirusun yayıldığını aşkar ediblər. Onun insanları təhdid edib-etmədiyi hələlik məlum deyil.
Qırmızı siçanlar Avropada geniş yayılıb və tez-tez insanların evlərinə daxil olur, həmçinin digər heyvan növləri ilə təmasda olurlar. Tədqiqatçılar onların 450-ni araşdırdıqdan sonra onların 3,4 faizində yeni betakoronavirusun izlərini aşkar ediblər. Alimlər onu “Qrimsö virusu” adlandırıblar.
Betakoronaviruslar gəmiricilərdə və yarasalarda geniş yayılıb, insanlara ötürülür və tənəffüs yolu xəstəliklərinə səbəb olur.
Tədqiqatçıların sözlərinə görə, şəhərlər böyüdükcə vəhşi heyvanlar yaşayış yerlərini itirir və insanlarla getdikcə daha çox təmasda olurlar. Onlar qorxurlar ki, bu, gələcəkdə koronavirus və digər infeksiyalara yoluxma riskini daha da artıra bilər.