Bu ölkələr Mariupolda kimyəvi silahdan istifadə faktını araşdırır
ABŞ və Böyük Britaniya Rusiyanın Mariupoldakı “Azovstal” zavoduna basqın zamanı kimyəvi silahdan istifadə etməsi ilə bağlı faktı araşdırır.
“Azadsəs.az” BBC-yə istinadən xəbər verir ki, Pentaqon silahların potensial istifadəsindən dərin narahatlıq keçirdiyini açıqlayıb.
Qərb ölkələri kimyəvi silahların istifadəsinin münaqişənin təhlükəli şəkildə gərginləşməsinə yol açacağını və Rusiyanın belə bir hücumu qarşılığında qəti addımlar atacaqlarını bəyan ediblər.
Qeyd edək ki, Ukraynanın “Azov” alayı hücumda 3 əsgərin zəhərli maddə ilə yaralandığını açıqlayıb. Ölkənin müdafiə nazirinin müavini Hanna Maliar hökumətin iddiaları araşdırdığını deyib və əlavə edib ki, ilkin ehtimallara görə, fosforlu sursatdan istifadə edilib.
“Donetsk Xalq Respublikası”nın nümayəndələri ittihamları təkzib ediblər.