Atatürkün doğulduğu şəhərdəki Azərbaycan Evindən reportaj - Video
- 12-04-2022, 16:23
- Dünya
Diasporla İş üzrə Dövlət Komitəsinin və İctimai Televiziyanın ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Yunanıstanın Saloniki şəhərində yerləşən Azərbaycan Evindən hazırlanıb.
Komitədən “Azadsəs.az”a verilən məlumata görə, Rəşid Məmmədovun rəhbərlik etdiyi “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan Evində Salonikidə və ətraf şəhərlərdə yaşayan həmvətənlərimiz, eləcə də dost xalqların nümayəndələri tez-tez bir araya gəlir, Azərbaycanın milli bayramlarını, əlamətdar günləri birlikdə qeyd edir, Azərbaycan mədəniyyətini, tarixini və adət-ənənələrini təbliğ edir, ölkəmizlə bağlı xoş xatirələrini bölüşürlər.
Qeyd edək ki, Saloniki Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğulduğu şəhərdir.