170 azərbaycanlı Odessadan təxliyə olundu - Foto
Bu gün 170 soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor təşkilatlarının təşkilatçılığı ilə Odessa yerləşən Azərbaycan Evinin qarşısından Moldovaya yola salınıb və onların yaxın günlərdə Moldovadan Azərbaycana təxliyə olunacağı gözlənilir.
“Azadsəs.az”nun xəbərinə görə, bu barədə Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev bildirib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlər Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir və Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi üçün bütün imkanlarını səfərbər edib.