azadses.az » Cəmiyyət » Almaniyada “Zəfərə gedən 44 gün” adlı tədbir keçiriləcək

Almaniyada “Zəfərə gedən 44 gün” adlı tədbir keçiriləcək

Noyabr ayının 7-i Almaniya Azərbaycanlıları Alyansı Berlin şəhərində ilk dəfə Zəfər Gününə həsr olunacaq “Zəfərə gedən 44 gün” adlı tədbir keçirəcək.

Bu barədə Azadsəs-ə Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədr müavini və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev bildirib.

O bildirib ki, tədbir ümumilikdə iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində, yəni günün birinci yarısında Berlinin Brandenburq qapılarının önündə möhtəşəm Zəfərimizə həsr edilən və eləcə də Azərbaycan həqiqətlərini, mədəniyyətini özündə əks etdirən açıq hava sərgisi baş tutacaq. Sərgini müşayiət edəcək Azərbaycan milli musiqiləri Almaniyada yaşayan peşəkar musiqiçilərimiz tərəfindən ifa ediləcək. Sərgidə nümayiş etdiriləcək Azərbaycan həqiqətləri gənc vətənpərvər həmyerlilərimiz, eləcə də Almaniya Azərbaycanlıları Alyansının aktiv üzvləri tərəfindən beş fərqli dildə sərgidə qonaq qismində iştirak edəcək şəxslərə çatdırılacaq.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədr müavini qeyd edib ki, böyük mənəvi dəyər daşıyan “Zəfərə gedən 44 gün” adlı tədbirin ikinci hissəsi qonaqların iştirakı ilə zəfərimizə həsr olunmuş videoçarxların nümayiş etdirilməsi və qonaqların çıxışları ilə davam edəcək.

Nuran Abdullayev onu da əlavə edib ki, bu cür tədbirlərin Almaniyada və eləcə də digər inkişaf etmiş ölkələrdə Azərbaycanın adına layiq, yüksək səviyyədə keçirilməsinin əsas səbəbi Ali Baş Komandan cənab İlham Əliyevin diaspora işində yürütdüyü güclü siyasətinin və onun uğurla icrasının nəticəsidir ki, burada da Diasporla iş üzrə Dövlət Komitəsinin son illərdəki fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  2. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  3. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  4. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  5. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  6. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  7. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  8. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  9. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  10. Şabranda evə basqın olub, ölən və yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”