Cenevrədə çap edilən kitabda soydaşımızdan bəhs edilib
- 9-01-2021, 18:50
- Cəmiyyət
Cenevrədə fransızca və ingiliscə dərc olunan kitabda Azərbaycan əsilli İsveçrə vətəndaşı Mariya Azad qızı Xan-Xoyskaya Martinyoli barədə ətraflı məlumat verilib.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, yazıçı Zahi Haddadın müəllifliyi ilə hazırlanmış "Beynəlmiləl Cenevrə üçün 126 ürək döyüntüsü" adlı kitabda Mariyanın 1989-cu ildə Gəncədə doğulduğu, ABŞ-da təhsil aldığı, Azərbaycan milli rəqslərini ifa etdiyi, ailə həyatı quraraq Cenevrəyə köçdüyü və burada da fəaliyyətini davam etdirdiyi nəzərə çatdırılıb. Onun Cenevrə şəhərində, İsveçrənin başqa kontonlarında, Fransada keçirilən müxtəlif rəsmi tədbirlərdə Azərbaycan xalq rəqslərini ifa etdiyi və mədəniyyətimizin təbliğ edilməsinə yönələn layihələr həyata keçirdiyi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan mədəniyyətini xarici ölkələrdə təbliğ etdiyinə görə Mariya Xan-Xoyskaya Martinyoli 2019-cu ildə Gəncə Dövlət Kukla Teatrının xüsusi diplomuna layiq görülüb.