azadses.az » Cəmiyyət » Kamran Əliyev Türkiyəyə getdi

Kamran Əliyev Türkiyəyə getdi

Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya rəsmi səfərə gedib.

''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Fevralın 15-də nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbiri ziyarət etdi. Böyük Atatürkün əziz xatirəsi ehtiramla yad edildi, məzarı önünə əklil qoyularaq Baş prokuror tərəfindən xatirə kitabına ürək sözləri yazıldı.

Daha sonra Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda ikitərəfli görüş keçirildi. Ölkəmizin nümayəndə heyətini səmimi salamlayan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirdi.

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək İraqın Qara bölgəsində xain terror aktı nəticəsində 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi ilə bağlı başsağlığını ifadə etdi.

Tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirən Baş prokuror bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyini xüsusi olaraq vurğuladı.

Baş prokuror Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və müdrik rəhbərliyi ilə uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyünü bərpa edərək BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri icra etdiyini vurğulayaraq 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyə tərəfindən göstərilən mənəvi dəstəyə görə təşəkkürünü ifadə etdi.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıldı, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışıldı, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edildi.

Azərbaycanın Baş prokuroru tərəfindən Türkdilli Dövlətlərin Baş prokurorlarının Əməkdaşlıq Şurasının yaradılması və təsis iclasının da rəmzi olaraq ölkəmizdə keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüldü.

Elə həmin gün nümayəndə heyətinin Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül ilə görüşü keçirildi. Ölkələrimizin ədliyyə orqanları arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğu vurğulanaraq, iki ölkə arasında ikitrəfli hüquqi əməkdaşlıq, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə gələcək əməkdaşlıq perspektivləri ətrafında səmərəli və faydalı fikir mübadiləsi aparıldı.

Görüşlərdə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim iştirak edir.

Nümayəndə heyətinin səfəri davam edir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  2. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  3. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  4. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  5. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  6. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  7. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  8. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  9. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  10. Şabranda evə basqın olub, ölən və yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”