Главная > Dünya / Manset > Aİ Rusiyaya qarşı sanksiyaları rəsmən təsdiqlədi
Aİ Rusiyaya qarşı sanksiyaları rəsmən təsdiqlədi23-02-2022, 22:46. Разместил: admin |
Avropa İttifaqı “DXR” və “LXR”-i tanıdığı üçün Rusiyaya qarşı sanksiyaların təsdiqlənməsi prosedurunu başa çatdırıb. “Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Aİ-dəki sədrliyinin bəyanatında deyilir. "Sanksiyaların yazılı proseduru uğurla başa çatıb. Hüquqi aktlar qəbul edilib və günün sonuna kimi dərhal qüvvəyə minməsi üçün dərc olunacaq", - məlumatda deyilir. Texniki prosedurun başa çatması bütün Aİ ölkələrinin yeni sanksiyalar paketini imzalaması deməkdir. Sənəddə Aİ Rusiyanı “DXR” və “LXR”-in tanınmasına yenidən baxmağa çağırıb və yeni sanksiyalarla bağlı xəbərdarlıq edib. Вернуться назад |