Qazaxıstanda iğtişaşlar nəticəsində dəymiş zərər 200 milyon dolları ötüb
Qazaxıstanda iğtişaşlar zamanı dəymiş zirərin həcmi 88 milyard tengeni (təxminən 203 milyon dollar) ötüb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəisi Sanjar Adilov brifinq zamanı bildirib.
O qeyd edib ki, yanvar ayında baş vermiş iğtişaşlar zamanı zərər çəkmiş obyektlərin sayı 1573-ə çatıb. Halbuki, əvvəllər bu rəqəm 1466 olub. Artım xəsarət almış vətəndaşların davamlı müraciətləri hesabına baş verib. Bunu müstəntiqlərin yoxlamaları və zədələnmiş əşyaların təmiri də təsdiqləyir.
“Ən çox zərər çəkən sahibkarlıq obyektləridir. Onların sayı 1502-dir. Obyektlərin əsas hissəsini mağazalar, lombardlar, yanacaqdoldurma məntəqələri və iaşə obyektləri təşkil edir. Zərər çəkmiş və ya məhv edilmiş avtomobillərin sayı da artaraq 765-ə çatıb. Onlardan 551-i xidməti polis, 124-ü isə mülki şəxslərə məxsus avtomobillər olub”, - deyə Adilov bəyan edib.
Mənbə: inform.kz