TƏBİB: Mübarizə davam edir
- 16-01-2021, 10:40
- Cəmiyyət
“Bizim mübarizəmiz davam edir. Bu günədək dünyada koronavirusa yoluxanların sayı 94 milyon nəfəri ötüb, 2 milyondan çox insan ölüb”.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, sərtləşdirilmiş karantin rejimindən əvvəl, 14-20 dekabr tarixlərində 26 min 214 nəfər, 4 -10 yanvar tarixlərində 4 min 386 nəfər koronavirusa yoluxub: “Artıq sağalanların da sayı yoluxanların sayından 3-4 dəfə çoxdur. Nəticədə xəstəxanalarda və reanimasiyada çarpayıların yeri xeyli boşalıb. 14 dekabr tarixində yoluxma əmsalı 31 faizə çatmışdı və bu, çox böyük rəqəm idi. Bu gün isə yoluxma əmsalı 5 faizə qədər enib. Bu, sərtləşdirilmiş karantin rejimi və vətəndaşların qaydalara daha çox riayət etməsi ilə bağlıdır. Vətəndaşlar maskadan daha çox istifadə edirlər”.
Qeyd edək ki, yoluxma əmsalı aparılan testlər zamanı aşkarlanan yoluxma hallarının testlərin sayına nisbətidir.