Yaponiya Qarabağa görə HƏRƏKƏTƏ KEÇDİ
- 16-02-2021, 10:54
- Siyasət
Yaponiya Azərbaycan və Ermənistana 4,8 milyon dollarlıq humanitar yardım ayıracaq.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Yaponiya hökuməti Qarabağ müharibəsi nəticəsində zərər çəkmiş xəstəxana, məktəb və yaşayış binalarının bərpası üçün tibbi avadanlıqlar, ərzaq məhsulları, habelə maddi dəstək təmin edəcək.
Humanitar yardımın 1,2 milyon dolları Azərbaycana, 3,6 milyon dolları isə Ermənistana veriləcək.
Vəsaitlər Beynəlxalq Qırmızı Xaç Komitəsi daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar vasitəsilə köçürüləcək.