Çində təbii fəlakət qurbanlarının sayı artıb
![](/uploads/posts/2021-07/medium/1627104381_zhenzhou-flood.jpg)
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Ölənlərin bir qismi Çjençjou şəhərində su basmış avtomobil tunelində qalıb.
Fəlakət qurnbanlarının sayının artacağı gözlənilir.
Qeyd edək ki, iyulun 16-dan başlayaraq yağan leysan yağışları nəticəsində Xenan vilayətinin 7,58 milyon əhalisi zərər çəkib. Onlardan 585 mini təxliyə olunub.
Daşqınların vurduğu maddi zərər 2.15 milyard dollar həcmində qiymətləndirilir.