Baydendən xərçəngə çevriləcək şiş götürülüb
- 26-11-2021, 10:33
- Dünya
Bir gün əvvəl 79 yaşı tamam olan ABŞ prezidenti Co Bayden düz bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub. Bu barədə Ağ Evin həkimi Kevin O'Konnor deyib.
Məlumata görə, formalaşma xərçəngqabağı şiş sayılsa da, xoşxassəli imiş, bu səbəbdən cərrahi müdaxilə tələb olunub.
Bənzər adenoma 13 il əvvəl də çıxarılmışdı.
Həkimlərin sözlərinə görə, dövlət başçısının və ali baş komandanın öz vəzifələrini yerinə yetirmək üçün heç bir əks göstərişi yoxdur.
Qeyd edilir ki, ABŞ lideri ümumi anesteziya altında olarkən dövlət işlərinə vitse-prezident Kamala Harris rəhbərlik edib.