Bayden ona məktub yazan işsiz qadına ZƏNG ETDİ
- 7-02-2021, 12:48
- Dünya
ABŞ Prezidenti Cozef Bayden Kaliforniyanın koronavirus pandemiyasına görə iş yerini itirmiş Mişel adlı sakininə zəng edib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının “Tvitter”dəki hesabında bildirilir.
Qeyd edilir ki, qadın bundan əvvəl Prezidentə məktub yazıb. Bayden isə ona zəng edərək stimullaşdırıcı tədbirlər proqramından danışıb.
“İdeya budur ki, biz yenidən açıq biznes istəyirik. İnsanların ehtiyac duyduğu təcili yardımı təmin edəcək plan qəbul edəcəyik. Bu, kiçik müəssisələrin açılmasına kömək edəcək”, - Amerika lideri deyib.
ABŞ Prezidenti daha əvvəl bildirib ki, koronavirusa görə 36 milyon amerikalı aclıq çəkir.