İranda bir qrup siyasətçi Ruhanini cinayətdə günahlandırdı
Bunu islahatçılara yaxınlığı ilə tanınan keçmiş Merivan millət vəkili Abdullah Söhrabi “İtimad” qəzetinə müsahibəsində deyib.
Söhrabinin sözlərinə görə, Ruhani 2013 il seçkilərindən əvvəl Konstitusiyanın 3, 12, 13, 15, 19 və 22 maddələrinə uyğun olaraq, dinlərin, xalqların və məzhəblərin hüquqlarının təmin edilməsi, ayrıseçkiliyə yol verilməməsi, yerli idarələrdə məşğulluğun təmin edilməsi kimi tələblərin olduğu 10 maddəlik məktubu qəbul edib və istəklərin yerinə yetirəcəyinə söz verib. Ancaq heç bir tələbi yerinə yetirməyib.
2017-ci il seçkilərində eyni tələbləri dilə gətirdiklərini bildirən Söhrabi Ruhaninin seçkidən əvvəl müsbət cavab verməsinə baxmayaraq, məsələ ilə bağlı heç bir addım atmadığını bildirib.
“Prezident yerinə yetirəcəyinə söz verdiyi 10 maddəni yerinə yetirməyib. Bu səbəbdən Ruhani ilə bağlı Konstitusiyanın 34-cü maddəsi ilə Ali Məhkəməyə şikayət etdik”, - deyə keçmiş İranlı millət vəkili vurğulayıb.
Qeyri-rəsmi rəqəmlərə görə, 83 milyon insanın yaşadığı İranda təqribən sünni məzhəblərinə mənsub 15 milyon insanın olduğu iddia edilir.
İrandakı sünnilər bəzən konstitusiya hüquqlarının verilməsini tələb etsələr də, dövlətin bu tələbləri nəzərə almadığı bildirilir.