KİV ABŞ-ın ehtimal edilən yeni dövlət katibinin adını açıqladı
- 23-11-2020, 08:57
- Dünya
Yerli mətbuatın prezident seçkilərində qalib elan etdiyi demokrat Cozef Bayden ABŞ-ın yeni administrasiyasında dövlət katibi postuna öz köməkçisi Entoni Blinkeni təyin etmək niyyətindədir.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə bir neçə mənbəyə istinadən “Bloomberg” agentliyi bildirib.
Məlumata görə, Bayden prezidentin milli təhlükəsizlik üzrə köməkçisi postuna isə Ceyk Salliveni təyin etməyi planlaşdırır.
Mənbələr təsdiq edib ki, təyinatlar bu həftə elan ediləcək. İnformasiya Baydenin Ağ Evin əməkdaşlarının Aparat rəhbəri təyin etdiyi Ron Klaynın bəyanatına uyğundur. Klaynın sözlərinə görə, yeni seçilmiş prezident noyabrın 24-də özünün gələcək administrasiyasındakı əsas postlara təyinatları açıqlayacaq.