azadses.az » Dünya » Ermənistanda peyvənd xaosu

Ermənistanda peyvənd xaosu

Bir tərəfdən müharibənin nəticələri, digər tərəfdən sosial-iqtisadi problemlərin günbəgün artması Ermənistan hakimiyyətini ciddi problemlərlə üz-üzə qoyub. Qərbin vəd etdiyi milyonlarla dollar investisiyadan xəbər yoxdur, miqrasiya isə sürətlə artır. Neçə müddətdir ki, mövcud problemlərin sırasına daha biri də əlavə edilib. Koronavirus pandemiyasına qarşı peyvəndlənmə kampaniyası ölkəni ciddi narazılıqla üz-üzə qoyub.

“Kaspi” qəzeti Ermənistanda baş verənlərlə bağlı geniş məqalə yayımlayıb.

Ölkə rəhbərliyi dövlət orqanlarında çalışan hər kəsin COVID əleyhinə peyvənd olunmasını məcburi etsə də, statistika ən aşağı həddədir: sentyabrın əvvəlində yeni qanun elan edildikdə bəlli olub ki, ermənilərin cəmi beş faizi peyvənd olunub.

Qərbin nüfuzlu "Eurasianet" nəşri yazır ki, bu həftədən qüvvəyə minən qanun bəzi siyasətçilərin, əhalinin müəyyən təbəqəsinin ciddi narazılığı və müqaviməti ilə üzləşib: nəticədə peyvənd əleyhinə kampaniyanın yeni dalğası başlayıb. Yeni qaydalara görə, işçilər ya işəgötürənlərə peyvənd sertifikatı göstərməli, ya da hər 14 gündən bir mənfi PCR testi təqdim etməlidirlər. Testlər üçün xərclənən məbləğ əksər ermənilərin aylıq maaşlarının əhəmiyyətli hissəsinə bərabərdir.

Parlamentdəki ən böyük müxalif qüvvə - keçmiş prezident Robert Köçəryanın başçılıq etdiyi "Ermənistan İttifaqı” qanunu pisləyən bəyanat yayaraq "peyvəndləmə hər kəsin məcburi deyil, düşünülmüş qərarının nəticəsi olmalıdır" fikrini ifadə edib. Hökumət isə PCR testlərinin dəyərini ödəməlidir. İttifaq Konstitusiya Məhkəməsindən yeni qanunun dayandırılmasını istəyib.

Bu yay keçirilən seçkilərdə "Ermənistan ittifaqı”nın namizədlərindən olan vəkil Robert Hayrapetyan "facebook"da yeni qaydaları pozmaq istəyənlər üçün təlimat yerləşdirib: "Əgər peyvənd və ya PCR testi olmadan işə gəlsəniz, işəgötürənin sizi işdən çıxarmaq haqqı yoxdur. Unutmayın ki, heç kimin, xüsusən də nazirin əmri ilə peyvəndlənməyə məcbur etmək haqqı yoxdur. Yalnız istəsəniz peyvənd oluna bilərsiniz".

Hökumətin bu qaydaların baş nazir, prezident və ya millət vəkilləri kimi yüksək rütbəli məmurlara şamil edilməyəcəyi ilə bağlı açıqlaması da narazılığı artırıb. Ədliyyə Nazirliyi bu cür istisnaları nəzarət səlahiyyətləri olmayan vəzifəli şəxslərə müraciətlərin hüquqi mürəkkəbliyi ilə izah edib. Məsələn, peyvənd olunmayan prezidenti işdən çıxara biləcək heç kim yoxdur. Bu da ikili standartlar görən ermənilər arasında mənfi reaksiyaya səbəb olub. Bu arada, radikal sağ hərəkatlar peyvəndləmə prosesinə qarşı etiraz dalğası başlatmaq fürsətindən istifadə etmək qərarına gəliblər.

Məsələn, özünü "İşıq Ordusu" adlandıran qrup mütəmadi olaraq küçə mitinqləri təşkil edəcəklərini açıqlayıb. Sağçı siyasətçilər də hökumətin peyvəndləmə səylərinə qarşı qruplar və təşəbbüslər yaradıb. "İradə Azadlığı" adlı təşkilat erməniləri peyvəndlərlə bağlı "ciddi fəsadlar və ölüm" halları haqqında məlumatları göndərməyə çağırıb. Bu məlumatlar təşkilata üzv həkimlər tərəfindən araşdırılacaq.

Qrup müxalifətin başçılıq etdiyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Daimi Parlament Komissiyasına da müraciət edərək səhiyyə naziri Anahit Avanesyan ilə görüşüb. Görüş zamanı Avanesyan koronavirusun daha yoluxucu Delta növünün yayılması səbəbi ilə peyvənd edilənlərin də maska​​taxmalı olduqlarını söyləyib. Bir çox xəbər agentliyi, xüsusən də müxalifət mətbuatı bundan istifadə edərək "Peyvənd yoluxmanı istisna etmir: Anahit Avanesyan" başlıqlı yazılar dərc edib.

"Hüquqi baxımdan, normativ hüquqi aktlar təsirsizdir, üstəlik, hökumət əmək qanunvericiliyinə riayət olunmasını təmin etmək üçün lazımi dəyişikliklər etməyib" - deyə Ermənistan İşəgötürənləri Respublika Birliyinin rəhbəri Qaqik Makaryan İctimai Televiziyanın efirində bəyan edib. Əlavə edib ki, artıq ikinci ildir ki, koronavirus xaosundayıq, lakin müvafiq hökumət idarələri bu məsələləri həll etmir, əmək qanunvericiliyində əhəmiyyətli dəyişikliklər edilməyib: "Bunun nəticəsində qaydalar işəgötürənlər üçün əhəmiyyətli risklər yaradıb: bir tərəfdən qaydalara riayət etmədikləri üçün dövlət tərəfindən cərimələnə bilərlər. Digər tərəfdən, tələbləri yerinə yetirdikləri üçün işçilər tərəfindən mühakimə oluna və məhkəmə tərəfindən cərimələnə bilərlər”.

Səlahiyyətlilər, işəgötürənlərin qaydalara riayət etməyən işçiləri işdən çıxarmaq hüququnun olduğunu israr edirlər. Səhiyyə və Əmək Müfəttişliyi, lazım gələrsə, gündə iki dəfə müəssisələrdə yoxlama aparmaq hüququna sahib olduğunu və qanun pozuntularına görə müəssisələri 120 min dram (təxminən 240 dollar) məbləğində cərimələyə biləcəyini bildirib.

Bu arada, saxta peyvənd sertifikatları ilə genişmiqyaslı alver haqqında söz-söhbətlər ölkəni bürüyüb. Ermənistan Milli Təhlükəsizlik Xidməti hazırda saxta peyvənd sertifikatı hazırlamaqla bağlı iki halın araşdırıldığını bəyan edib. İnternetdə həkimlərin saxta sertifikat verməsi ilə bağlı geniş müzakirələr gedir və bəzi sosial media istifadəçiləri peyvənd olunmaq əvəzinə, saxta sertifikatı necə əldə etməyi məsləhət görürlər.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 46 yaşlı qadın yol qəzasında xəsarət alıb
  2. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  3. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  4. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  5. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  6. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  7. Binədə yolu keçən qadını avtomobil vurub
  8. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  9. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  10. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?