azadses.az » Dünya » Ermənistan total iflasın astanasında

Ermənistan total iflasın astanasında

İyunda Ermənistanda keçirilən parlament seçkilərindən sonra çoxlarında belə ümid var idi ki, siyasi vəziyyət sabitləşəcək, ölkə iqtisadiyyatında pandemiya və 44 günlük müharibənin yaratdığı böhran səngiyəcək. Amma iqtisadi göstəricilər əks prosesin getdiyini üzə çıxarır.

Məsələ ilə bağlı “Kaspi” qəzeti məqalə hazırlayıb.

Məqalədə qeyd edilir ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına istinadən bu qənaətə gəlmək olar. Məsələn, həmin rəqəmlərdə qeyd olunur ki, iyul ayında illik inflyasiya 8,2 faiz təşkil edib. Bütün ərzaq məhsullarının çoxu bahalaşıb. İyul ayında ərzaq qiymətləri ilk dəfə olaraq əvvəlki ayla müqayisədə 4,9 faiz artaraq 13,9 faizlik ikirəqəmli səviyyəyə çatıb. Demək olar ki, bütün istehlak mallarının qiyməti qalxıb. Düyü 13,4, çörək 8,6, donuz əti 32,2, quş əti isə təxminən 24,3 faiz bahalaşıb. Ən yüksək artım yumurtanın qiymətlərində qeydə alınıb - 51 faizdən çox. Kartof və kərə yağı kimi vacib ərzaq məhsullarının qiymətləri təxminən 38,4 və 15,9 faiz artıb. Bu məhsullar istehlak səbətinin böyük hissəsini təşkil etdiyindən, qiymətlərin artması əhalinin həyat səviyyəsinə və rifahına əhəmiyyətli təsir göstərir. İyul ayında qiymət artımı inflyasiya proseslərinin sürətlənməsinin nəticəsidir. 2020 -ci ilin sonunda inflyasiya cəmi 1.23 idisə, iki ay sonra 5.3 faizə çatıb.

Ermənistanda ərzaq məhsullarının bahalaşması birbaşa müharibənin iqtisadi nəticələri ilə əlaqədardır. Azərbaycanın öz torpaqlarını azad etməsi Ermənistanın işğal etdiyi kənd təsərrüfatı ehtiyatlarına girişini bağladı. 44 günlük müharibədən sonra Ermənistan əvvəllər işğal olunmuş ərazilərdə 90 min hektar və ya əkin sahələrinin 90 faizdən çoxunu itirdi. Hər il bu torpaqlarda, təxminən 150 min tona yaxın müxtəlif taxıl məhsulları istehsal olunurdu ki, bunun da 66 faizi Ermənistana ixrac edilirdi. Bu da yerli tələbatın, təxminən 25 faizini təmin edirdi. Buna görə də, müharibədən sonra Ermənistan ərzaq qıtlığı ilə üzləşib və taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalını artırmaq məcburiyyətində qalıb.

İdxalın artması ilə yanaşı, 2021-ci ilin fevralından etibarən elektrik tariflərinin artması inflyasiyaya da təsir edib. İqtisadi böhranın başqa bir əlaməti, əhalinin kütləvi şəkildə xaricə mühacirət etməsidir – bu da Ermənistan üçün ənənəvi problemdir. 1990-cı illərin əvvəllərində, Qarabağ müharibəsindən sonra iqtisadi və siyasi qeyri-sabitlik səbəbindən Ermənistan ciddi miqrasiya böhranı ilə üzləşdi.

Eyni proses 44 günlük müharibədən sonra da başlayıb. Siyasi xaos və iqtisadi problemlər əhalinin axını prosesini sürətləndirib və rəsmi məlumatlara görə, 2021-ci ilin yanvar-mart aylarında 63.700 vətəndaş Ermənistanı tərk edib. Beləliklə, ilin ilk 5 ayında sərnişin axınının mənfi saldosu 90 minə yaxınlaşıb.

Bundan əlavə, Ermənistan hökuməti büdcə xərclərini ödəmək üçün dövlət borcunu rekord templərlə artırır. “Joğovurd” nəşri yazıb ki, son 1 ildə Ermənistan 1 milyard 370 milyon dollar borc toplayıb. İqtisadiyyatın vəziyyəti pisdir, borc da artır və bu, ağır yük olacaq. İyun ayının sonuna olan vəziyyətə əsasən, Ermənistanın dövlət borcu, təxminən 9 milyard dollara çatıb. Bu məbləğdən 1 milyard 370 milyonu yalnız son 1 ildə formalaşıb. Ermənistan, demək olar, 29 il ərzində 7 milyard 403 milyon dollar borc toplayıb, təkcə son 1 ildə isə bu hakimiyyət Nikol Paşinyanın başçılığı altında borcu 1 milyard 370 milyon dollar artırıb. Üstəlik, həm daxili, həm də xarici borc artır.

Müharibənin nəticələri ölkənin iqtisadi və sosial vəziyyətinə təsir göstərməkdə davam edir. Ermənistanın iqtisadi inkişafının yeganə yolu qonşuları ilə siyasi və iqtisadi münasibətləri normallaşdırmaqdır. Əks təqdirdə, böhran idarəolunmaz hala gələcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"